Yüksək sürət qəzalara səbəb oldu - ANBAAN GÖRÜNTÜ

12:50 - 14 Aprel 2025

 Yüksək sürət qəzalara səbəb oldu - ANBAAN GÖRÜNTÜ

Paytaxtda bəzi yollarda sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi qəzalara səbəb olub. 


Manset.az xəbər verir ki, belə qəzalardan biri Hava Limanı şosesində qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

O həmin qəzanın görüntülərini sosial şəbəkə hesabında paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. 

"Avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq və nəticəsi… Paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar. Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar. Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar.  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır" - deyə, paylaşımda qeyd edilib.



Digər xəbərlər

Раскрыта причина смерти папы Римского: читать
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
Певица Алёна Апина шокировала публику своим нарядом: фото
В Красноярске дети на перемене смотрели как умирает одноклассник
Соседи о напряженной атмосфере в семье Михаила Ефремова
Врачам стал известен ранний маркер рака: как найти его у себя?
Заморозки и ливни настигнут Россию с мая
Барановская о том, почему ее пугают ее дети
В России ввели 10 новых штрафов для владельцев дач: срочно
Важная информация: теперь данные по ЖКХ передаем по-другому

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Раскрыта причина смерти папы Римского: читать
xidmet.tv
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?