8 yaşlı Narin Güranın qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə ikinci məhkəmə prosesi başlayıb.
Manset.az xəbər verir ki, məhkəmə qarşısına çıxarılan 15 nəfərdən 6-sı hazırda həbsdədir və onlara qarşı “cinayətkara kömək” maddəsi ilə 6 aydan 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Qeyd edək ki, 2023-cü il avqustun 19-da itkin düşən Narin Güranın meyiti 19 günlük axtarışdan sonra bir dərədə çuval içərisində tapılıb. Onun cansız bədəni 30, 25 və 20 kiloqramlıq daşlarla örtülmüş halda, kollar arasında gizlədilmiş vəziyyətdə aşkarlanıb. Hadisə Diyarbəkirin Bağlar rayonunun Tavşantepe məhəlləsində baş verib.
Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda 4 nəfərə qarşı ağır ittihamlar irəli sürülüb. Onlardan biri – azyaşlının dayısı Səlim Güran, anası Yüksel Güran və böyük qardaşı Enes Güran, həmçinin ailənin qonşusu Nevzat Bəhtiyar barəsində “uşağı iştirak halında qəsdən öldürmə” və “cinayət izlərini gizlətmək” ittihamları ilə məhkəmə prosesi davam etdirilir.