Türkiyənin Amasya şəhərində 4,7 bal gücündə zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların Samsun şəhərindən 50 km cənubda qeydə alınıb. Zəlzələ ocağı 6.1 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.