Ağdamda azyaşlı it hücumuna məruz qaldı

16:50 - 13 Aprel 2025

Ağdamda azyaşlı it hücumuna məruz qaldı

Ağdamda dörd yaşlı uşaq it hücumuna məruz qalıb. 

Manset.az xəbər verir ki, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

Belə ki, Qəsəbə sakini, 2021-ci il təvəllüdlü Hüseynov Sabir Zahir oğlu  küçədə oynadığı zaman it ona hücum edib. 

Nəticədə üz nahiyəsindən xəsarət alan azyaşlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib və daha sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv