"Fənərbaxça" mövsümün sonunda Edin Dzeko ilə yollarını ayırmağı və onun yerinə Conatan Davidi transfer etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, 25 yaşlı kanadalı oyunçuya Avropanın böyük klubları da maraq göstərir. "Fənərbaxça" Davidə illik 7,5 milyon avro maaş, imza bonusu və bonuslar da daxil olmaqla bir təklif etməyi planlaşdırır. Bildirilir ki, futbolçu ilə birbaşa Mourinyo özü görüşəcək.
Qeyd edək ki, David bu mövsüm "Lill"in heyətində 43 oyunda 23 qol vurub və 10 məhsuldar ötürmə edib.