“Rembo: İlk Qan” filminin rejissoru Ted Kotçeff 94 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı xarici mətbuat yayıb.
Rejissorun ölüm səbəbi açıqlanmayıb.
Ted Kotçeff 1931-ci ildə Torontoda, Bolqarıstandan mühacirət etmiş bir ailədə dünyaya gəlib. Karyerasına Kanada Teleradio Yayım Korporasiyasında başlayan Kotçeff daha sonra Böyük Britaniyada fəaliyyət göstərən "ABC Weekend TV" telekanalında çalışıb.
Onun rejissoru olduğu “Rembo: İlk Qan” filmində məşhur Hollivud aktyoru Silvestr Stallone baş rolda çıxış edib.