Eldəniz Əzizli Avropa çempionatında gümüş medal qazandı

21:05 - 12 Aprel 2025

Eldəniz Əzizli Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Manset.az xəbər verir ki, təcrübəli idmançı yarışın finalında rusiyalı Emin Seferşayevə (UWW) uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə də Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv