ABŞ-İran danışıqlarının ikinci raundu bu tarixdə keçiriləcək

20:16 - 12 Aprel 2025

ABŞ-İran danışıqlarının ikinci raundu bu tarixdə keçiriləcək

ABŞ-İran danışıqlarının ikinci raundu növbəti, ikinci mərhələsi aprelin 19-da Omanda eyni səviyyədə baş tutacaq.


Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.

"Danışıqların ikinci raundunun gələn həftə, şənbə günü baş tutacağı ilə bağlı razılıq əldə olunub. Hər şey eyni səviyyədə, həmçinin Omanda baş tutacaq, lakin bir az fərqli yerdə", - o deyib.

Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri tezliklə razılığa gəlməyə can atırlar və “danışıqlar naminə danışıqlar aparmaq istəmirlər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv