"Real"ın yarımmüdafiəçisi Arda Gülər bu yay Madrid klubunu tərk edə bilər.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, Karlo Ançelotti komandada qalsa, türkiyəli futbolçu “Los Blankos”u tərk edəcək.
20 yaşlı oyunçu bununla bağlı klubun prezidenti Florentino Pereslə danışaraq ona ultimatum verib. Gülər hesab edir ki, çox az oyun vaxtı alır.
Arda bu mövsüm La Liqada 20 oyuna çıxıb. Cəmi 7 dəfə start heyətdə başlayıb. Bütün turnirlərdə 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimidir. Ançelottinin sözləşməsi isə 2026-cı ilin yayında başa çatır. Onun mövsümün sonunda komandanı tərk etmək ehtimalı var.