Narkotik çəkən taksi sürücüsü həbs olundu - FOTO

17:35 - 12 Aprel 2025

Narkotik çəkən taksi sürücüsü həbs olundu - FOTO

Bakıda narkotikin təsirində olan taksi sürücüsü həbs olunub.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv