La Liqa "Real"ın müraciətini rədd etdi

16:47 - 12 Aprel 2025

La Liqa \"Real\"ın müraciətini rədd etdi

La Liqa "Real"ın müraciətini rədd edib. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb. 

Madrid klubu sözügedən qurumdan İspaniya çempionatının 31-ci turunda keçiriləcək "Alaves"ə qarşı matçın vaxtının dəyişilməsi ilə bağlı müraciət edib. "Kral klubu" sabaha təyin olunan görüşü bu gün keçirərək ÇL-in 1/4 final mərhələsinin cavab oyunlarında keçiriləcək "Arsenal"la matça hazırlaşmağa daha çox vaxtın olmasını istəyib. Lakin La Liqa bu müraciəti qəbul etməyib. 

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 18:15-də başlayacaq. "Real" - "Arsenal" qarşılaşması isə bu ayın 16-sı keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv