Ceyhun Bayramov Azərbaycanın şərtlərini Ermənistana BƏYAN ETDİ

16:19 - 12 Aprel 2025

Ceyhun Bayramov Azərbaycanın şərtlərini Ermənistana BƏYAN ETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusundakı panel müzakirəsində çıxış edib. Panel müzakirəsində Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan iştirak ediblər.

Manset.az xəbər verir ki, Ceyhun Bayramov bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.

"44 günlük Vətən Müharibəsi başa çatdıqdan və Azərbaycanın əvvəllər işğal olunmuş torpaqları azad edildikdən dərhal sonra тormallaşma üçün tarixi imkanlar yaranıb. Bundan az sonra Azərbaycan Ermənistana normallaşma prosesinə başlamağı və sülh sazişindən danışmağa başlamağı təklif edib. Bunu Azərbaycan təklif edib. Biz Ermənistan tərəfi ilə fiziki danışıqlara başladıq, bilirsiniz, danışıqların bir çox raundları oldu. Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı", - o bildirib.

Nazifin sözlərinə görə, bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var.

"Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.

Ceyhun Bayramov xatırladıb ki, Azərbaycan Konstitusiyasında müasir Ermənistannın heç bir coğrafi adı və ərazisi yoxdur:

"Nazir Ararat Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığına gəldikdə, əvvəla, bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının heç bir coğrafi adı və ərazisi yoxdur.

Düşünürəm ki, erməni həmkarlarımız çox yaxşı bilirlər, çünki əks halda onlar mütləq bu məsələni qaldıracaqlar, çünki bilirsiniz, Ermənistanın hüquq sistemi, Azərbaycanın hüquq sistemi, Türkiyənin hüquq sistemi və bütün ölkələrin hüquq sistemi az-çox eynidir. Ölkə Konstitusiyasına zidd olan beynəlxalq müqavilələr bağlaya bilməzsiniz".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv