Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - YENİLƏNİB

12:49 - 12 Aprel 2025

Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.


Manset.az xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb.

COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulanıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


***

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Avropa Şurasının baş katibi Alen Berse ilə görüşü olub.

Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv