Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının qarşısında baş verib.
"MAN" markalı yük maşını BYD markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili aşıb.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
***
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə saat 06:10 radələrində Nizami rayonu Heydər Əliyev prospektində baş verib:
“JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.