“WhatsApp” yeni funksiya ilə istifadəçilərə emojilər, stikerlər, GIF-lər və animasiyaları söndürmək imkanı verəcək.
Manset.az xəbər verir ki, məşhur mesajlaşma tətbiqi “WhatsApp”, istifadəçilərə söhbətlərində emojilər, stikerlər, GIF-lər və animasiyaları deaktiv etmək imkanı təqdim edən yeni bir funksiya züərində işləyir.
Yenilik, istifadəçilərin həmin elementlərin hamısını və ya yalnız bir qismini söndürmələrinə imkan verəcək.
Xüsusilə, emojiləri deaktiv etdikdə, tətbiqə gələn emoji animasiyaları dayandırılacaq, amma emojilər tamamilə silinməyəcək, sadəcə olaraq hərəkətsiz şəkildə görünəcəklər. Eyni prinsiplər stikerlər üçün də tətbiq ediləcək. GIF-lərin deaktiv edilməsi halında isə, onlar hərəkətsiz qalacaq və istifadəçi yalnız üzərlərinə kliklədikdə hərəkət etməyə başlayacaq. Hazırda bu yenilik “WhatsApp”ın beta versiyasına daxil edilib və yaxın zamanlarda tam versiyalarda da istifadəyə veriləcək.