Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı

20:05 - 11 Aprel 2025

Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.


Manset.az xəbər verir ki, o, finala gedən yolda Ermənistan təmsilçisi Manvel Xaçataryanla qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən güləşçimiz ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, bu, E.Əzizli üçün dördüncü Avropa çempionatının finalıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv