Maliyyə xidmətləri ilə yanaşı gənclərin
bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək
bazarına qazandırılmasına da töhfə verir. Bu istiqamətdə dəstək göstərilən
layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes
dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin
final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai
Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.
Layihənin final mərhələsi ADA
Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin
sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi
imkanlar barədə məlumat verib. Kapital Bank-ın direktor müavini Şakir Məmmədyarov
isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətindən
danışıb. “Bu yarışma tələbələrə nəzəri
biliklərini praktikaya çevirmək fürsəti verir. Universitetdə öyrənilən iqtisadi
modellər, idarəetmə strategiyaları və analiz metodları burada canlı şəkildə tətbiq
olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə kifayətlənmir, real biznes problemləri
üzərində düşünür, qərar verir və bu qərarların nəticələrini analiz edirlər.
Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını, təqdimat qabiliyyətini
inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən biri olaraq
peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik.
Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”.
Daha
sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar üzərində
hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim
edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək
innovativ təklifləri ilə seçiliblər.
Münsiflərin
qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və 2000
AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən “Team
14” sahib olub. Universitetin daha bir təmsilçisi “Team 20” isə yarışmanın
2-cisi adına və 4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi
adını və 8000 AZN pul mükafatını isə ADA Universitetinin “Team 16” komandası
qazanıb.
Qeyd
edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda
iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək
Biznes Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16
komanda arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.
Daim ən son rəqəmsal
yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi
olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük
filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin
birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa
Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.