Böyük Britaniya və Norveç Ukraynaya hərbi yardım üçün 450 milyon ayıracaqlar.
Manset.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Vəsaitlər Kiyevə “yüz minlərlə” pilotsuz uçan aparatların tədarükünə, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinə yönəldiləcək.
Bundan əlavə, vəsait Ukrayna üçün radar sistemləri, tank əleyhinə minalar və pilotsuz uçuş aparatları texnologiyalarının alınmasına sərf olunacaq.