Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq parlamentin plenar iclasında üçüncü oxunuşda qəbul edilib.