Tramp ticarət müharibəsindən danışdı

22:16 - 10 Aprel 2025

Tramp ticarət müharibəsindən danışdı

ABŞ çox güclüdür. Bizim heç kimin nə olduğunu bilməyən silahlarımız var.


Manset.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. Tramp ABŞ-nin əlavə gömrük tariflərindən sonra ticarət müharibəsinin daha da gərginləşə biləcəyi barədə iddialara münasibət bildirib. Çin Dövlət Başçısı Si Cinpinin "ağıllı adam" olduğunu ifadə edən Tramp, Pekinlə əlverişli razılıq əldə edəcəklərini ifadə edib. Tramp, "Si Cinpin nə edilməsi lazım olduğunu dəqiq bilən bir insandır, ölkəsini sevir və məncə, razılaşmaq istəyəcək. Düşünürəm ki, bu baş verəcək. Bir anda telefon zəngi alacağıq və hər şey hazır olacaq" - deyə bildirib.

Qeyd edək ki, Donald Tramp Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını açıqlayıb. Tramp, Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, Çinə tətbiq etdiyi tarifləri dərhal qüvvəyə minməklə 125 faizə qaldırdığını irəli sürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv