Manchester City ilə müqaviləsi başa çatan İlkay Gündoğan və "Milan"da icarə əsasında çıxış edən Joao Feliksin yeni ünvanı böyük ehtimalla Galatasaray olacaq.
Manset.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
34 yaşlı mərkəz yarımmüdafiəçi İlkay Gündoğanın, Pep Qvardiolanın ona “texniki heyətimə qoşul” təklifinə isti yanaşmadığı, əvəzində "Cim-Bom"a gələrək yeni uğurlar əldə etmək istədiyi bildirilir. Təcrübəli futbolçu bu mövsüm 42 oyunda forma geyinərək 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis mətbuatının məlumatına görə, müqavilə hüquqları "Çelsi"yə məxsus olan Joao Feliks də "Galatasaray"a yaxın görünür. Baş məşqçi Okan Burukun 25 yaşlı portuqaliyalı ulduzu Dries Mertens-in yerinə transfer etməyi planlaşdırdığı vurğulanır.
Felix bu mövsüm 37 matçda 9 qol və 1 assistlə komandasına töhfə verib.