"Rusiya dondurulmuş aktivləri uğrunda mübarizə aparacaq" 

16:51 - 10 Aprel 2025

\"Rusiya dondurulmuş aktivləri uğrunda mübarizə aparacaq\" 

Moskva Qərbdə dondurulmuş aktivlərinə dair hüquqlarından imtina etməyəcək və bu məsələdə geri çəkilməyəcək.


Manset.az xəbər verir ki, bunu Kremelin sözçüsü D Dmitri Peskov deyib. 

“Rusiya heç vaxt öz aktivlərinə olan hüquqlarından imtina etməyəcək və bu hüquqları müdafiə etməyi dayandırmayacaq".

Daha əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirmişdi ki, bəzi Aİ ölkələri Rusiyanın aktivlərindən Ukraynaya dəstək vermək ideyasına qarşı çıxıblar. Kallas həmin ölkələrin adlarını çəkməkdən imtina edib.

Peskov brifinqdə qeyd edib ki, Kreml bu mövqelərdən xəbərdar olsa da, bu, Avropanın məsələ ilə bağlı ümumi mövqeyində daha geniş dəyişikliyi ifadə etmir.

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın 300 milyard dollarlıq aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Avropada, o cümlədən 210 milyard dolların saxlandığı Belçikadakı beynəlxalq Euroclear platformasında qalır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, Rusiya aktivlərindən Ukraynaya pul köçürülərsə, Rusiya sərt cavab verəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv