Bəzi sosial şəbəkələrin Azərbaycan seqmentində müəmmalı görüntülər yayılıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Manset.az-a bildirdi ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və həmin şəxs polis orqanına dəvət edilib.
Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Gəncə Şəhər Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib.