Səudiyyə Ərəbistanında 14 yeni neft və qaz yatağı kəşf olunub.
Manset.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Əbdüləziz bin Salman məlumat verib.
Energetika naziri şahzadə Əbdüləziz bin Salman ölkədə kəşf edilən 14 yeni neft və təbii qaz yatağının Səudiyyə Ərəbistanının qlobal enerji sektorunda lider mövqeyini möhkəmləndirdiyini bildirib.
Bildirilib ki, kəşfiyyatı həyata keçirən Səudiyyə Ərəbistanının Aramco Neft Şirkəti şərq bölgəsində, cənubda isə Rubulhali bölgəsində 6 neft yatağı, 2 neft ehtiyatı, 2 təbii qaz yatağı və 4 təbii qaz ehtiyatı aşkar edib.