İspaniya mətbuatı "Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenin transferi üçün 70 milyon avro təklif edəcəyini yazıb.
Manset.az xəbər verir ki, İstanbul klubu nigeriyalı hücumçuya illik 15 milyon avro maaşla 3 illik müqavilə təklif edəcək.
Bu transfer həm "Qalatasaray", həm də Türkiyə futbolu tarixində ən bahalı transfer olacaq.