Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-da başa çatacaq.
Manset.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 10 aprel saat 09:00-dək 6270 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 5661; rus bölməsi - 609).
İkinci cəhd imtahanı 2025-ci il mayın 11-də keçiriləcək.
Qeyd edək ki, magistraturaya qəbul imtahanında iştirak 50 manat təşkil edir. Əvvəllər bu məbləğ 40 manat idi.