39 yaşlı qadını fotoları ilə şantaj etdi - Saxlanıldı

13:12 - 09 Aprel 2025

39 yaşlı qadını fotoları ilə şantaj etdi - Saxlanıldı

Sumqayıtda qadını fotoları ilə şantaj edən 26 yaşlı oğlan saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub. Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib. Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb", məlumatda deyilir.

Həmin şəxs polis tərəfindən saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv