Neftimiz ucuzlaşdı

10:48 - 08 Aprel 2025

Neftimiz ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,5 ABŞ dolları və ya 2,15% azalaraq 68,14 ABŞ dolları olub.

Qeyd edək ki, ötən həftə neftimiz 69,64 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv