“Dərnəgül”ə “28 May”dan gedənlərin nəzərinə!

18:52 - 07 Aprel 2025

“Dərnəgül”ə “28 May”dan gedənlərin nəzərinə!

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.

 

Bu barədə Manset.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

Məlumata görə, qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər. Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün dövlət proqramı”na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Tunelin inşasına bu ilin sonlarında başlanılacağı nəzərdə tutulub.


Digər xəbərlər

Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
Врачи экстренно спасали Петросяна
Выезд на Алтай убил мать на глазах ее детей
Переговоры России и Украины состоятся в апреле: когда и чем?
Традиции и список того, что делать нельзя в Вербное: срочно
В Ульяновске каждый 6ой парень наденет военную форму:призыв
Православные празднуют Вербное: советы священника
В Югре целый дом снесло волной из-за взрыва: видео
Как многие россияне обманывают людей продавая книги: читать

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
xidmet.tv
Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ