Ağdaban qətliamından 33 il ötür
8 Aprel 2025
15:10 - 7 Aprel 2025
Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Myanmadakı hərbi administrasiyanın inzibati orqanı olan Myanma Dövlət İnzibati Şurası (SAC) bəyanat yayıb.
Açıqlamada zəlzələlərdə həyatını itirənlərin sayının 3564-ə, yaralıların sayının isə 5012-yə yüksəldiyi bildirilib.
Axtarış-xilasetmə qrupları itkin düşmüş 200-dən çox adamı tapmaq üçün səylərini davam etdirir.
Myanma Yanğından Mühafizə İdarəsi açıqlamasında bildirib ki, axtarış-xilasetmə qrupları ölkənin ikinci böyük şəhəri Mandalayda çökmüş binanın dağıntıları altından 10 nəfərin cəsədini çıxarıb.
Açıqlamada Sinqapur, Malayziya və Hindistandan köməyə gələn qrupların işlərini yekunlaşdıraraq ölkələrinə qayıtdıqları da bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin