Silahlı atışma nəticəsində 19 nəfər öldü

14:57 - 7 Aprel 2025

Silahlı atışma nəticəsində 19 nəfər öldü

Nigeriyanın şimal-qərbindəki Kebbi və Katsina əyalətlərində baş verən silahlı hücumlarda 19 nəfər ölüb, 56 nəfər qaçırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə bölgə rəsmisi məlumat yayıb.

Augie bölgə rəsmisi Malam İbrahim hücumda 13 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu qeyd edib.

Kebbi polisinin sözçüsü Nafiu Abubakar hücumu təsdiqləyərək, təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Katsina əyalətinin Dandume bölgəsində silahlı dəstə üzvlərinin hücumu nəticəsində 6 nəfər ölüb, 56 nəfər qaçırılıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.

Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin