"Ölkəmizə qarşı edilən istənilən hücuma cavab verəcəyik"- İran XİN

14:15 - 7 Aprel 2025

İrana qarşı istənilən xarici təcavüz bu ölkənin Silahlı Qüvvələrinin sərt cavabı ilə nəticələnəcək.

 

Manset.az xəbər verir ki, bunu İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı ilə bağlı ABŞ və İsrail rəsmilərinin bəyanatlarına münasibət bildirmək xahişinə cavab olaraq İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

"İran İslam Respublikasının silahlı qüvvələri istənilən təhdidlərə qarşı durmaq qabiliyyətini daim qoruyur və təkmilləşdirir. Biz ölkəmizə qarşı istənilən hücum və təcavüzə bütün gücümüzlə cavab verəcəyik. İranı təhdid edənlər bilməlidirlər ki, bu təhdidlər reallaşarsa, dərhal hərtərəfli cavab alacaqlar".

“İslam Respublikasına qarşı istənilən təhdidlərə sərt cavab veriləcək”-deyə, o əlavə edib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin