Mövqelərimiz intensiv atəşə tutuldu

11:51 - 7 Aprel 2025

Mövqelərimiz intensiv atəşə tutuldu

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin