Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu - VİDEO

11:52 - 07 Aprel 2025

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu - VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən "Honda" markalı, 99-D-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Mustafayev paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaratdığı üçün saxlanılıb.

 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Mustafayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Mustafayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

 


Digər xəbərlər

Известному актеру из России стало еще хуже: подробности от врачей
Кадышева под таблетками: жестокая правда
Россиян ждут заморозки и снегопады в мае
В Ижевске группа детей пытала ребенка: УЖАС
В Киргизии на поезд и его пассажиров совершено нападение
В России предложили работающий способ для роста рождаемости
Как так вышло, что красивая девушка из России погибла в Тае
В Сиве люди обнаружено тело школьника
Женщинам в России стоит опасаться этого, если не хотят ожогов
В прямом эфире появился намек на ухажера у Степаненко

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Известному актеру из России стало еще хуже: подробности от врачей
xidmet.tv
Кадышева под таблетками: жестокая правда