Bu ölkədə epidemiyadan ölənlərin sayı 156-ya çatdı

11:29 - 7 Aprel 2025

Bu ölkədə epidemiyadan ölənlərin sayı 156-ya çatdı

Nigeriyada yanvar ayından bəri meningit epidemiyasından ölənlərin sayının 156-ya yüksəldiyi bildirilir.

 

Manset.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Meningit epidemiyasının yanvar ayından bəri ölkənin 23 əyalətinə yayıldığını bildirib. 

Açıqlamada bu dövrdə ölkədə 1858 meningit hadisəsinin baş verdiyi, epidemiya nəticəsində həyatını itirənlərin sayının 156-ya yüksəldiyi vurğulanıb.

Nigeriya hökuməti 2030-cu ilə qədər meningitə qalib gəlmək üçün yeni tədbirlər elan edib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin