ABŞ Yəmənə hücum etdi- 6 nəfər öldü

10:21 - 7 Aprel 2025

ABŞ Yəmənə hücum etdi- 6 nəfər öldü

Yəməndə husilər ABŞ-nin paytaxt Səna və Səda şəhərinə təşkil etdiyi hücumlarda 6 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Əl-Məsirə" televiziyası məlumat yayıb. 

ABŞ-nin hücumu nəticəsində 2-si qadın olmaqla 6 nəfərin həyatını itirdiyi, 32 nəfərin isə yaralandığı bildirilib.

Hücum zamanı yaralananlar arasında qadın və uşaqların da olduğu qeyd edilib.

Qeyd edək ki, Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin