Helikopter dənizə düşdü - 3 nəfər öldü

10:15 - 07 Aprel 2025

Helikopter dənizə düşdü - 3 nəfər öldü

Yaponiyada göyərtəsində 6 nəfərin olduğu təcili yardım helikopteri dənizə düşüb

 

Manset.az xəbər verir ki, Naqasaki prefekturasının sahillərində təcili yardım helikopterinin dənizə düşməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər sağ qalıb.

Yaponiya Sahil Mühafizəsinin əldə etdiyi məlumata görə, vertolyot Naqasaki prefekturasının Tsuşima adasından Fukuoka prefekturasındakı xəstəxanaya qalxdıqdan təxminən 10 dəqiqə sonra saat 13:43 radələrində əlaqə kəsilib.

Xəbər alındıqdan sonra naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün hadisə yerindən sağ-salamat xilas edildiyi açıqlanıb.

Bildirilib ki, 86 yaşlı qadın xəstə, 68 yaşlı oğlu və onu müşayiət edən 34 yaşlı kişi həkim dünyasını dəyişib. Dənizdə helikopterə ciddi ziyan dəymədiyi üçün pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülüb.

Hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.


Digər xəbərlər

В России школьника пытали, насиловали, обрили и обстреляли
В больнице ей отказали в приеме, а после она умерла прямо на уроке
Известному актеру из России стало еще хуже: подробности от врачей
Кадышева под таблетками: жестокая правда
Надежда Кадышева теперь из тех, кто тоже теперь на таблетках
В СМИ узнали сколько вышли по стоимости похороны Техника
Перед майскими эта категория граждан может получить деньги
Россиян ждут заморозки и снегопады в мае
В Киргизии на поезд и его пассажиров совершено нападение
Как так вышло, что красивая девушка из России погибла в Тае

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В Ижевске группа детей пытала ребенка: УЖАС
xidmet.tv
В прямом эфире появился намек на ухажера у Степаненко