Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
22:50 - 6 Aprel 2025
Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.
Manset.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.
Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq almaq üçün müraciətlərin sayı kəskin azalıb.
Avropa İttifaqında bu sahədə Fransa birinci (40 871), İspaniya (39 318) ikinci yerdə qərarlaşıb. Almaniya (37 387) isə artıq üçüncü yerdədir.
Ən az müraciət Macarıstan (22 müraciət) və Slovakiyada (37 müraciət) qeydə alınıb.
Ən çox sığınacaq axtaranlar Venesuela, Əfqanıstan və Suriya vətəndaşlarıdır.
Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin