“Turkish Airlines” və “EgyptAir” bu ölkəyə uçuşları dayandırdı

20:35 - 06 Aprel 2025

“Turkish Airlines” və “EgyptAir” bu ölkəyə uçuşları dayandırdı

İki böyük aviaşirkət – “Turkish Airlines” və “EgyptAir” təhlükəsizlik səbəbindən Somalinin paytaxtı Moqadişonun beynəlxalq hava limanına uçuşları müvəqqəti dayandırdıqlarını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Baidoa Online" portalı Somalinin federal hökumətinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Aprelin 6-da səhər saatlarında Moqadişodakı Aden Adde beynəlxalq hava limanı minaatanlardan atəşə tutulub. Portalın məlumatına görə, uçuş-enmə zolağında iki mərmi partlayıb və nəticədə hava limanının fəaliyyəti dayandırılıb. Afrika İttifaqının AUSSOM sülhməramlı kontingentinin komandanlığının, habelə xarici səfirliklərin və beynəlxalq humanitar agentliklərin ofislərinin yerləşdiyi aeroport ərazisində yerləşən Halane hərbi bazasına bir neçə mərmi düşüb.

Qeyd olunur ki, bir neçə kənd, xüsusən də aeroport yaxınlığındakı Kaavo Qodei də vurulub, bir neçə nəfər yaralanıb.

Hazırda hava limanında təhlükəsizlik işçilərinin təcili iclası keçirilir.

Xatırladaq ki, aprelin 5-də Moqadişoda Prezident Sarayı minaatanlardan atəşə tutulub. Qonşu məhəllələrin sakinləri xəsarət alıb. Bundan əvvəl ölkə Prezidenti Həsən Şeyx Mahmud Uqandaya səfərə gedib.


Digər xəbərlər

В России школьника пытали, насиловали, обрили и обстреляли
В больнице ей отказали в приеме, а после она умерла прямо на уроке
В Москве женщина разбила голову сотруднице ВБ: видео
Всех россиян в мае ждет это: приготовьтесь!
Супруга Джигарханяна раскрыла имя отца ее дочери: это не он!
Врачи специально довели женщину до смерти: СМИ
В СМИ узнали сколько вышли по стоимости похороны Техника
Надежда Кадышева теперь из тех, кто тоже теперь на таблетках
Перед майскими эта категория граждан может получить деньги
Что ждет главу Новочебоксарска: а все из-за этого

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В России школьника пытали, насиловали, обрили и обстреляли
xidmet.tv
В больнице ей отказали в приеме, а после она умерла прямо на уроке