Husilərə qarşı quru əməliyyatı HAZIRLANIR

19:50 - 06 Aprel 2025

Husilərə qarşı quru əməliyyatı HAZIRLANIR

Yəməndə husilərin əleyhdarları Səudiyyə Ərəbistanı və ABŞ-ın dəstəyi ilə genişmiqyaslı quru əməliyyatına hazırlaşırlar.

 

Manset.az xəbər verir ki, bu barədə CNN telekanalı regional diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, planlaşdırılan əməliyyat Yəmənin cənub, şərq və sahilboyu ərazilərindən baş tutacaq.

Qeyd olunur ki, hücum dənizdən Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən dəstəklənə bilər və əsas məqsəd ölkənin əsas limanı olan əl-Hudeydanın geri qaytarılmasıdır.

Eyni zamanda, CNN-in mənbələri Vaşinqtonun Yəmənə birbaşa quru qoşunları göndərəcəyinin az ehtimal olunduğunu düşünürlər. Onların fikrincə, ABŞ əməliyyatı havadan dəstəkləmək üçün az sayda xüsusi təyinatlı əsgər göndərə bilər.

Səudiyyə Ərəbistanının bu əməliyyatda hansı dərəcədə iştirak edəcəyi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, aprelin 1-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika ordusu Yəməndəki husilərə qarşı hücumları beynəlxalq dəniz nəqliyyatına təhlükə yaratmaqdan əl çəkməyənədək dayandırmayacaq. 

Qeyd edək ki, martın 12-də husilər İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməkdən imtina etməsi səbəbindən İsrailə gedən gəmilərə hücumların bərpa olunduğunu elan ediblər.

Martın 15-də isə ABŞ prezidenti Donald Tramp husilərə qarşı hərbi əməliyyatların başladığını elan edərək, onları "Amerika və digər ölkələrin gəmilərinə, təyyarələrinə və pilotsuz aparatlarına qarşı quldurluq, zorakılıq və terror kampaniyası" aparmaqda ittiham edib. Bu açıqlamadan sonra ABŞ ordusu Böyük Britaniyanın dəstəyi ilə Yəməndəki bir sıra hədəfləri atəşə tutub.


Digər xəbərlər

Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
Врачи экстренно спасали Петросяна
Выезд на Алтай убил мать на глазах ее детей
Переговоры России и Украины состоятся в апреле: когда и чем?
Традиции и список того, что делать нельзя в Вербное: срочно
Как многие россияне обманывают людей продавая книги: читать
В Ульяновске каждый 6ой парень наденет военную форму:призыв
В Югре целый дом снесло волной из-за взрыва: видео
Православные празднуют Вербное: советы священника

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ
xidmet.tv
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?