Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
18:17 - 28 İyun 2021
"Gürcüstanda azlıqların ikinci dərəcəli vətəndaşlar kimi təqdim olunmasına imkan verməyəcəyik".
Manset.az xəbər verir ki, bunu Gürcüstan parlamentində çıxışı zamanı müstəqil deputat Tariel Nakaidze deyib.
Deputat baş nazirə müraciət edərək, onun milli azlıqlarla bağlı sualları cavablandırmadığını bildirib: "Biz imkan vermərik ki, suallarımızı cavabsız qoyasınız ya da onlardan yan ötəsiniz. Azlıqlar yalnız ölkənin təhlükəsizliyi kontekstində nəzərdən keçirilməməlidir. Gürcüstan bizim vətənimizdir və başqa vətənimiz yoxdur. Milli azlıqlar Gürcüstana vətənpərvərlik və sevgi hissinə görə digərləri ilə bəhsə girə bilərlər".
T.Nakaidze milli azlıqları Səlim bəy Ximşiaşili, Mamed Abaşidze, Gülağa Kaykatsişvili, Sayat Nova, İlya Çavçavadze və Pərixanım Sofiyeva nəslinin davamçıları olduğunu deyib: "Azərbaycanlı qadın Pərixanım Sofiyeva 100 il bundan öncə demokratik Gürüstanın müstəqillik və şərəfini qoruyub".
Parlament üzvü vurğulayıb ki, azlıqlar azad, müstəqil və çoxmillətli Gürcüstanın qurulmasında bundan sonra da iştirak edəcəklər.
Qeyd edək ki, P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf deputat seçilib. O, müsəlman dünyasının ilk qadın millət vəkili kimi tarixə düşüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin