Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
17:50 - 6 Aprel 2025
ABŞ prezidenti Donald Trampın Tehrana qarşı hədələri fonunda İran Silahlı Qüvvələri ali lider Əli Xameneinin əmri ilə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran, Bəhreyn, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə xəbərdarlıq edib ki, ABŞ-ın İslam Respublikasına potensial hücumları zamanı bu ölkələrin ABŞ-a hər hansı dəstəyi düşmənçilik aktı kimi qəbul ediləcək.
Rəsmi xəbərdarlıq edilib ki, belə bir vəziyyət bu ölkələr üçün ciddi nəticələrə səbəb olacaq.
"Reuters"ə görə, daha əvvəl ABŞ ilə nüvə sazişi üzrə birbaşa danışıqları rədd edən İran hökuməti, Oman vasitəsilə dolaylı danışıqlar aparmaq istəyir.
"Dolaylı danışıqlar Vaşinqtonun İrana dair siyasi həll məsələsində ciddi niyyətlərini qiymətləndirməyə imkan verir", - deyə məmur bildirib.
Martın 7-də ABŞ Prezidenti Donald Tramp, Xamaneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə bir mesaj göndərdiyini açıqlayıb. Tehran birbaşa danışıqlardan imtina edib, lakin vasitəçilər vasitəsilə müzakirələrin davam etdirilməsi ehtimalını nəzərdən keçirib.
Martın 30-da isə Amerika lideri, nüvə proqramı üzrə danışıqlar nəticə verməsə, iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcəyini bildirib. O, həmçinin İslam Respublikasına sazişdən tamamilə imtina edəcəyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin