Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
15:55 - 6 Aprel 2025
ABŞ Cənubi Sudanın bütün pasport sahiblərinə verilmiş vizaları tamamilə ləğv edib və bundan sonra vizaların verilməsini tamamilə dayandırdığını bəyan edib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində paylaşım edib.
Rubio bildirib ki, bu qərar Cənubi Sudanın keçid hökumətinin öz vətəndaşlarının deportasiya olunaraq geri qaytarılmasını vaxtında qəbul etməməsi ilə bağlıdır.
“Ölkəmizin miqrasiya qanunlarının icrası ABŞ-ın milli və ictimai təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Hər bir dövlət, o cümlədən Cənubi Sudan, öz vətəndaşlarının geri qaytarılmasına razılıq verməlidir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Bu qərar dərhal qüvvəyə minib və ABŞ-a daxil olmaq üçün Cənubi Sudan vətəndaşlarına bütün yollar bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin