Rusiyaya görə qırıcıları havaya qaldırdılar

13:54 - 6 Aprel 2025

Rusiyaya görə qırıcıları havaya qaldırdılar

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

 

Manset.az xəbər verir ki, bu barədə respublika Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

İddia olunur ki, Rusiya qoşunları Qərbi Ukraynadakı hədəflərə hücum edir. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşa Silahlı Qüvvələrinin komandanlığı qeyd edib ki, görülən tədbirlər ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.

 


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin