Nazir onlara vəzifə verdi
7 Aprel 2025
12:26 - 6 Aprel 2025
Aprelin 5-də saat 22:30-da Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin