Rəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir.
Manset.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – nazir söyləyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istədiyini demişdi.