ABŞ-nin mərkəzində daşqınlar - 16 nəfər öldü

10:38 - 6 Aprel 2025

ABŞ-nin mərkəzində daşqınlar - 16 nəfər öldü

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Məlumata görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin