"Flynn"adlı süni intellekt Vyanada Tətbiqi İncəsənət Universitetinin rəqəmsal incəsənət proqramına rəsmi olaraq qəbul edilib.
Manset.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Məlumatda bildirilir ki, o, tələbələr kimi dərslərə girəcək, qiymətlər alacaq və müzakirələrdə iştirak edəcək.
"Flynn" standart müraciət prosesindən portfolio, müsahibə və qabiliyyət imtahanından keçib.
Universitet rəhbərliyi bildirib ki, süni intellektin təhsil alması ilə bağlı heç bir qadağa yoxdur və onun işi və cavabları tamamilə qənaətbəxş olub.