Aeroport şosesində, Sabunçu körpüsü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, evakuator aeroporta gedən ekspress avtobusuna çırpılıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.