Fransa və Britaniya nümayəndələri Kiyevdə Ukrayna rəsmiləri ilə görüşlər keçirərək xarici qoşunların quruda, havada və dənizdəki mövcudluğu, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemini müzakirə ediblər.
Manset.az Strana.ua-ya istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Quruda, havada və dənizdəki mövcudluğu, eləcə də hava hücumundan müdafiə məsələlərini müzakirə etdik", – deyə o, qeyd edib.